Zaqataladakı güllələnmə hadisəsinə görə bir nəfər tutuldu

10:40 | 26.11.2013
Zaqataladakı güllələnmə hadisəsinə görə bir nəfər tutuldu

Zaqataladakı güllələnmə hadisəsinə görə bir nəfər tutuldu

Zaqatalada baş verən atışma ilə əlaqədar bir nəfər həbs edilib.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində 4 nəfərin olduğu avtomobilə atəşin açıldığı “VAZ-2107” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Vüqar Lahıcov saxlanılıb.

 

Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.

 

V. Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.   

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

 

Polis və prokurorluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb