"LUKOYL-Azərbaycan"a yeni baş direktor təyin olunub.
"Qafqazinfo” xəbər verir ki, Rusiyanın "LUKOİL” şirkətinin məlumatına əsasən, yeni direktor Zaur Cəlilovdur. O, bundan öncə LUKOIL Italia S.r.l. (Roma) şirkətində Kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.
Qeyd edilib ki, yeni təyinatlar "LUKOİL” PSC-nin şəxsi heyətin idarə olunması törəmə müəssisə rəhbərlərinin kadrların rotasiyası praktikasına əsasən aparılıb.
Xatırladaq ki, "LUKOYL" şirkətinin rəhbəri azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !