Zaxarova: "Həmsədrlər iyunun 10-da regiona səfər edəcəklər"

21:00 | 08.06.2017
Zaxarova:

Zaxarova: "Həmsədrlər iyunun 10-da regiona səfər edəcəklər"

ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 10-da regiona səfər edəcəklər.

Anews.az APA-ya istinadn xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
O, həmsədrlərin iyunun 10-da Ermənistana səfər edəcəklərini, prezident Serj Sarkisyanla və müdafiə naziri Vigen Sarkisyanla görüşəcəklərini söyləyib: "Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunacaq".
 
M.Zaxarova həmsədrlərin Dağlıq Qarabağa da səfərinin gözlənildiyini bildirib: "Ermənistana və Qarabağa səfərdən bir həftə sonra isə həmsədrlər Bakıya səfər edəcəklər. Səfərlərin yekununda həmsədrlərin birgə bəyanatı olacaq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti