Özbəkistan prezidenti vəfat etdi

12:27 | 02.09.2016
Özbəkistan prezidenti vəfat etdi

Özbəkistan prezidenti vəfat etdi

Özbəkistanın ilk prezidenti İslam Əbdülqənioviç Kərimov 78 yaşında vəfat edib.

"Report"un xəbərinə görə, "Reuters" agentliyi bu məlumatı üç diplomatik qaynağa istinadən yayıb.

Bundan başqa, dünyanın digər məşhur KİV-ləri də öz qaynaqlarına istinadən xəbəri tirajlayıb.

Qeyd edək ki, İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, keçmiş SSRİ-də Özbəkistan Kommunista Partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. İ.Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti