Zəlimxan Yaqubdan son xəbər

12:48 | 14.10.2014
Zəlimxan Yaqubdan son xəbər

Zəlimxan Yaqubdan son xəbər

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub uzun müddətdir ki, xəstəliyinə görə efirlərdə və ictimaiyyətdə görünmür.O, ANS PRESS-ə açıqlamasında səhhəti barədə danışıb. “Səhhətim nizbətən normaldır. Müalicələri davam etdirirəm. Yarım ay sonra müayinə üçün yenə də Almaniyaya gedecəm. Həkimlər böyrək transplantasiyası ilə bağlı heç bir məlumat vermir”, - deyə Zəlimxan Yaqub bildirib. Qeyd edək ki, xalq şairi böyrək çatışmazlığı və xərçəngdən əziyyət çəkir. Şair 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib və hər iki böyrəyi çıxarılıb. Həmin vaxtdan sonra daim həkim nəzarətində olan şair mütəmadi olaraq dializə gedir. Sonradan elə Almaniyada ona böyrək transplantasiya olunmalı idi. Lakin bununla bağlı əməliyyat bir neçə dəfə təxirə salınıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM