1992-ci ildə Qarabağ müharibəsinin qızğın çağında Ermənistanın o dövrdəki müdafiə naziri Vazgen Manukyan erməni general-polkovniki Yuri Xaçaturova nəyin bahasına olursa olsun, Zəngilan rayonunu işğal etmək barədə əmr verib.
Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri bütün cəbhə boyu ağır vəziyyətin müşahidə olunduğundan xəbərdar olub.
Manukyan Xaçaturovu Qafan əməliyyatına rəhbər təyin edib.
"Mənim vəzifəm Qafan istiqamətindən Zəngilana hücum etmək idi, biz buna 15 gün ərzində hazırlaşdıq. Noyabrın 25-26-sı gəldim və bir sıra tədbirlər keçirdim. Əvvəlcə düşmənin iki batalyonunun yerləşdiyi məntəqəni almalı idik. Ora Zəngilandan 6-7 km aralıda yerləşirdi. Düşmən bu məntəqədən bütün massivə nəzarət edirdi. Döyüşdən öncə 300 könüllüdən ibarət batalyon yığdım. Biz ciddi şəkildə hazırlaşırdıq, hər şeyi gizli edirdik, düşmən heç nədən şübhələnmirdi.
Onun sözlərinə görə, əvvəlcə düşmən mövqelərinə yaxın olanlar hücuma keçib:
"Təsəvvür edin , 20 əsgər eyni vaxtda qumbara atdı. Onlar bizim kəşfiyyatçılar idi. Sonra piyadalar hücuma keçdi. Biz o məntəqəni ələ keçirə bildik. Daha sonra Zəngilana doğru irəliləmək lazım idi. Ancaq mən tutduğumuz strateji mövqelərdə də əsgər saxlamalı idim. Bu səbəbdən Zəngilana hücum üçün az sayda əsgər qaldı. Zəngilana hələ ki hücum etməmək qərarı aldım ki, bu anda faciə baş verdi. İrəlidə hərəkət edən yeddi nəfər kəşfiyyatçının radiostansiyası xarab olmuşdu və mən onlara bu barədə xəbərdarlıq göndərə bilmədim. Bəlkə də 100 dəfə onlarla əlaqə yaratmağa cəhd etdim. Başda "Mikrob” ləqəbli kəşfiyyat rəisi olmaqla, onların hamısı öldürülmüşdü”, - deyə erməni general davam edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !