Zəvvarlarımızı daşıyan təyyarələrin qrafiki dəyişdirildi

09:00 | 01.10.2015
Zəvvarlarımızı daşıyan təyyarələrin qrafiki dəyişdirildi

Zəvvarlarımızı daşıyan təyyarələrin qrafiki dəyişdirildi

Sonuncu zəvvar qrupu oktyabrın 2-də vətən geri dönəcək.

Həcc ziyarətini başa vuranlar indi də Ciddədə uzun müddətli hava reysi gözləməli olur, hətta otelə geri qayıdanlar da olub.

ANS TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanına məxsus hava yolları zəvvarlarımızı daşıyan təyyarələrin vaxtını dəyişdı. Bu isə Ciddə hava limanında azərbaycanlı zəvvarların saatlarla gözləməsinə səbəb oldu.

Həcc ziyarətini başa vuran zəvvarların ilk qrupu vətənə əslində bir gün əvvəl səhər saatlarında gəlməli idi. Çünki, təyin olunmuş qrafik üzrə sentyabrın 28-i axşam saatlarında oteldən çıxaraq hava limanına getmişdi.

Yerli vaxtla ilk uçus 04:08-də Bakı vaxtı ilə isə 06:08-də olmalıydı. 

Lakin Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus təyyarənini deyilən vaxtda havaya qalxmaması zəvvarların saatlarla Ciddə hava limanında gözləməsinə, hətta ordakı otellərdə gecələməsinə səbəb oldu.

"Gecikmələrə əsas səbəb kimi Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus şirkətin yarıtmaz fəaliyyətidir. Burada gecikənlər tək azərbaycanlı zəvvarlar deyil, eyni zamanda bir çox ölkələrin zəvvarları da hava limanında gözləyirlər. Hazırda idarə azərbaycanlı zəvvarların vətənə dönmələri istiqamətində iş aparır”, – deyə QMİ sədrinin birinci müavini hacı Salman Musayev bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin Məkkədəki rəsmilərinin Ərəbistana məxsus avia şirkətlə danışıqlarından sonra dünəndən hava limanında qalan 641 zəvvarımızı daşıyan təyyarə nəhayət ki, bu gün yerli vaxtla günorta saatlarında havaya qalxdı.

641 nəfərdən ibarət olan ikinci zəvvar qrupu da vətənə dönmək üçün otelləri tərk etdi.

Uçuşların vaxtında dəyişiklik edilməsə, Məkkədə qalan sonuncu zəvvar qrupu oktyabrın 2-də vətən geri dönəcək.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM