Zidan "Real"da Ançelottini əvəzləyə bilər

21:24 | 23.05.2014
Zidan "Real"da Ançelottini əvəzləyə bilər

Zidan "Real"da Ançelottini əvəzləyə bilər

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelottinin köməkçisi Zinəddin Zidan haqda yeni iddia ortaya atılıb.

Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Zidan yeni mövsümdən "Real" klubunu çalışdıra bilər.

Bu barədə qərarı "kral klubu"nun prezidenti Florentina Perez verib. F.Perez yeni mövsümdən baş məşqçi işləməyi hədəfləyən Zidana şans verməyi düşünür. Lakin bu yalnız "Real"ın Çempionlar Liqasının finalında "Atletiko"ya uduzmasından sonra baş tutacaq.

Qeyd edək ki, "Real"ın və Fransa millisinin sabiq üzvü mövsümün əvvəlindən Ançelottinin köməkçisi vəzifəsində çalışır. Zidan "Monako" və "Bordo" klublarının baş məşqçi postuna əsas namizədlər sırasında göstərilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb