Ziya Məmmədovun qardaşı yüksək vəzifəyə təyin olundu

19:06 | 17.01.2020
Ziya Məmmədovun qardaşı yüksək vəzifəyə təyin olundu

Ziya Məmmədovun qardaşı yüksək vəzifəyə təyin olundu

Texnika elmləri doktoru, professor Elton Məmmədov AMEA-nın İşlər idarəsinin yeni müdiri təyin olunub.
Anews.az xəbər verir ki, yanvarın 17-də E. Məmmədov AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib.
Tədbiri giriş sözü ilə açan Ə.Sadıqov bildirib ki, son vaxtlar elmin dövlət siyasətinin həyata keçirilməsində rolunun artırılması məqsədilə akademiyada çoxşaxəli islahatlara start verilib. Ötən ilin sonunda akademiyanın Ümumi yığıncağının keçirilməsi, elmin mövcud vəziyyətinin obyektiv olaraq qiymətləndirilməsi, gələcək hədəflərin müəyyənləşdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, intellektual əmək resurslarından daha səmərəli istifadə edilməsi istiqamətində kompleks tədbirlər bu islahatların bariz nümunəsidir. Əminağa Sadıqov bildirib ki, bu tədbirlərin mühüm istiqamətlərindən birini elmin maddi-texniki bazasının gücləndirilməsi, elmi fəaliyyət sahəsində çalışan əməkdaşların sosial təminatının yaxşılaşdırılması kimi məsələlər təşkil edir ki, bu vəzifələrin də icrası bilavasitə İşlər idarəsinin fəaliyyət dairəsinə aiddir. Professor Elton Məmmədovun zəngin həyat və iş təcrübəsinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətə malik olduğunu bildirən AMEA-nın akademik-katibi onun yeni şəraitdə İşlər idarəsinin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, E. Məmmədov sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.(Yeni Sabah)
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb