“Zorakılığa məruz qalanların sayı rəsmi göstəricidən dəfələrlə çoxdur” - AÇIQLAMA

13:22 | 26.09.2014
“Zorakılığa məruz qalanların sayı rəsmi göstəricidən dəfələrlə çoxdur” - AÇIQLAMA

“Zorakılığa məruz qalanların sayı rəsmi göstəricidən dəfələrlə çoxdur” - AÇIQLAMA

Məişət zorakılığı cəmiyyəti narahat edən başlıca problemlərdən biridir. Bir çox hallarda zorakılıq halları insanların öz hüquqlarını bilməməsindən baş verir. Bu səbəbdən də bu sahədə maarifçilik işlərinin görülməsi olduqca zəruridir. Gənc psixoloq Zümrüd Əkbərova fərdi layihəsi əsasında bu sahədə maarifçiliklə bağlı iş aparıb. Keçirdikləri layihə ilə bağlı Zümrüd xanım ANN.Az-a danışıb: 

“2013-cü ilin statistikasına baxdıqda ölkədə məişət zorakılığına məruz qalmış insanların sayının 700-ə qədər olduğunu görərik . Bu rəsmi statistikadır. Rəsmi müraciət olmayan yüzlərlə belə hallar var. Ölkədə məişət zorakılığına məruz qalanların sayı rəsmi göstəricidən dəfələrlə çoxdur. 

Gənclər Fondunun dəstəyi ilə mən də məişət zorakılğı ilə bağlı layihə həyata keçirdim. “Məişət zorakılığına məruz qalmış gənc qadınlara dəstək” adlanan layihə 3 ay müddətində davam etdi. 

 Xüsusilə ailələrlə daha çox ünsiyyətdə olacaq gənclər arasında iş aparılırdı. Psixologiya, Tibb təhsili alan gənclər daha çox problemli ailələrlə işləyirlər. Ona görə də ilk növbədə onların maarifləndirilməsi vacib idi. 

Dövlətin bu barədə qanunu var. Qanunda göstərilən maddələr hansılardır? Həmin ailələrə necə dəstək olmaq olar? Hüquqi, psixoloji, sosial baxımdan nələri etmək lazımdı? Bütün bu sualları təlim iştirakçılarına cavablandırmağa çalışdıq. 

62 nəfər arasında təlim keçirildi. Ekspert qismində sosioloqlar, psixoloqlar, hüquqşünaslar iştirak edirdilər. Məişət zorakılığı ilə bağlı anlayışı olmayan tələbələrimiz var idi ki, təlimdən çox böyük təəsüratlarla ayrıldılar. “ 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti