Zukerberqdən afrikalılara şad xəbər

21:27 | 31.07.2014
Zukerberqdən afrikalılara şad xəbər

Zukerberqdən afrikalılara şad xəbər

Facebook-un yaradıcısı Mark Zukerberq 3 milyon insanı pulsuz internetlə təmin edib. Bu barədə Zukerberq öz səhifəsində yazıb. O qeyd edib ki, bir il bundan əvvəl qurduğu internet.org portalı vasitəsi ilə indi hamıya pulsuz internet çatdırmaq mümkündür. Zukerberq fikrincə, hər bir şəxs pulsuz internetə çıxış əldə etməlidir:"Ötən il ərzində biz bu məqsədə çatmaq üçün bütün dünyada mobil rabitə operatorları ilə əməkdaşlıq etdik. Biz bu perspektivin reallığa çevrildiyini görmək istəyirik və biz artıq 3 milyon insana pulsuz internet xidməti göstəririk. Mən bu gün Zambiyada internet.org portalının fəaliyyətə başlanmasını elan etdiyim üçün çox həyəcanlıyam. İndi Zambiyada insanların yalnız 15%-nin internetə çıxışı var. Tezliklə, burada hər kəs Facebook vasitəsi ilə sevdikləri insanlarla əlaqə saxlamaq, iş yeri tapmaq və s. üçün pulsuz internetdən istifadə edə biləcəklər". O bildirib ki, bu, irəliyə atılan böyük bir addımdır və Facebook internet.org-un missiyasına nail olacaq: "Biz tezliklə digər ölkələri də pulsuz internet xidmətləri ilə təmin edəcyik və bunu səbirsizliklə gözləyirik"./ANS/
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb