Neftin qiyməti bahalaşıb

11:40 | 17.02.2018
Neftin qiyməti bahalaşıb

Neftin qiyməti bahalaşıb

Fevralın 17-də dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə anews.az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,34 dollar və ya 0,55% artaraq 61,68 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 bareli isə 0,51 dollar və ya 0,79% bahalaşaraq 64,84 dollara satılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM