ABŞ-dan Türkiyəyə silah qadağası

14:19 | 19.06.2018
ABŞ-dan Türkiyəyə silah qadağası

ABŞ-dan Türkiyəyə silah qadağası

Pentaqonun büdcəsinin müəyyənləşməsindən sonra ABŞ Konqresində Milli Müdafiə haqqında qanun layihəsi təsdiqlənib.

Axar.az xəbər verir ki, qanun layihəsinin Türkiyə ilə bağlı hissəsinə "Patriot" hava hücumundan müdafiə sistemlərinin, "Çaynuk" tipli ağır nəqliyyat, "AH-1 Kobra", "H-60 Black Havk" tipli hücum helikopterlərinin, F-35 və F-16 hərbi təyyarələrin Türkiyəyə satılmasını qadağan edən xüsusi maddə əlavə olunub. Müdafiə nazirinin 60 gün ərzində Xarici İşlər naziri ilə məsləhətləşərək layihənin sənədlərini konqresə təqdim etməsi qərarlaşdırılıb. Qanun daha sonra təsdiqlənməsi üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.

Hesabat tamamlanmadan hər hansı silahın Türkiyəyə satışına icazə verilməməsi də qanunda qeyd olunub.

Qeyd edək ki, may ayında ABŞ Nümayəndələr Palatasında qəbul edilən Milli Müdafiə Təqdimatı Aktına əsasən, F-35 təyyarələrinin Türkiyəyə satışının təxirə salınmasına qərar verilmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb