DDoS hücumuna məruz qalan ölkələr - Siyahıda Azərbaycan da var

14:31 | 26.04.2024
DDoS hücumuna məruz qalan ölkələr - Siyahıda Azərbaycan da var

DDoS hücumuna məruz qalan ölkələr - Siyahıda Azərbaycan da var

2024-cü ilin birinci rübündə dünyada DDoS hücumlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 96% artıb.  Bu barədə Rusiya mətbuatı StormWall saytına istinadla yazıb. 
 
Hücum olunan ölkələr siyahısında Azərbaycanın da adıı yer alıb. DDoS hücumları əsasən ölkələrdə keçirilən prezident və parlament seçkiləri ilə bağlı olub. 
 
Dünyanın ən çox hücuma məruz qalan ilk 3 ölkəsinə ABŞ (14,2%), Hindistan (12,1%) və Tayvan (11,4%) daxildir. Ənənəvi olaraq ABŞ və Hindistan ən çox hücuma məruz qalan ölkələr olsa da, bütün Şərqi Asiya üçün böyük əhəmiyyət kəsb edən parlament və prezident seçkilərinin keçirilməsi səbəbindən Tayvan zərər çəkib. Bu ilin birinci rübündə Tayvana edilən hücumların artması ötən ilin eyni dövrü ilə müqayisədə 148% təşkil edib.

Ən çox hücuma məruz qalan ölkələrin reytinqində Çin 4-cü yerdə (10,3%), Böyük Britaniya 5-ci yerdə (9,4%), Fransa isə 6-cı yerdədir (9,1%). Bu ölkələr daim hakerlərin diqqətini cəlb edir, çünki onlar inkişaf etmiş iqtisadiyyatlara malikdirlər.
 
Rusiya bu dəfə reytinqdə 7-ci yerdədir (8,2%), yenə də ən çox hücuma məruz qalan ölkələrin ilk onluğuna daxil olur.
 
Bu, bu ilin əvvəlində ölkənin əsas sənaye sahələrinə hücum edən siyasi motivli hakerlərin fəallığında əhəmiyyətli artım olması ilə bağlıdır. Bundan əlavə, bu ilin martında keçiriləcək seçkilərlə əlaqədar Rusiya hökumətinin internet saytlarına DDoS hücumlarının sayı artıb. Şirkət analitiklərinin fikrincə, 2024-cü ilin 1-ci rübündə Rusiyada hücumların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 73% artıb.

Almaniya ənənəvi olaraq hücumçular üçün ən vacib ölkələrdən biri olmaqla, reytinqdə 8-ci yerdədir (6,8%). Finlandiya ölkədəki seçkilər zamanı DDoS hücumlarının artmasına görə 9-cu (6,3%), İsrail və Fələstin arasında artan münaqişə səbəbindən hücumların sayı artdığı üçün 10-cu yeri İsrail (4,7%) tutub.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb