Afrika ərazisinə asteroid belə düşdü – Video

19:20 | 05.06.2018
Afrika ərazisinə asteroid belə düşdü – Video

Afrika ərazisinə asteroid belə düşdü – Video

Afrika ölkəsi olan Botsvananın səması meteor alovuna bürünüb. Alimlər kiçik ölçülü asteroidi aşkarlayandan bir neçə saat sonra səma cismi yerə çırpılıb.
NASA diametri 150 metrdən böyük olan bütün səma cisimlərinin 90 faizini əvvəlcədən aşkarlaya bilir. Amma bu cisim kiçik olduğuna görə onu zamanında aşkarlamaq mümkün olmayıb.
Gizmodo.com saytı xəbər verir ki, "2018 LA” adlandırılan bu qaya parçası ilk olaraq iyunun 2-də Arizonadan aparılan müşahidələr nəticəsində aşkara çıxarılıb. Həmin vaxt asteroid yerdən Ay məsafəsində olub.
Tədqiqatçılar başa düşüblər ki, səma cismi Yerlə toqquşacaq və əvvəlcədən bir neçə zərbə nöqtəsini ehtimal ediblər. Asteroid yaxınlaşdıqca alimlər onun Afrikanın cənubuna düşəcəyini təxmin edə biliblər və qabaqcadan xəbərdarlıq edilib. Asteroid atmosferə saatda 70000 kilometr sürətlə daxil olub.

Qeyd edək ki, belə kiçik asteroidlərin Yerlə toqquşması böyük təhlükə yaratmır. Amma bəzi hallarda kiçik asteroidlər də güclü effekt yarada bilirlər, məsələn, Çülyabinsk meteoru kimi. Xatırladaq ki, 2013-cü il fevralın 15-də diametri 17 metr, çəkisi təminən 10 min ton asteroid atmosferə daxil olduqdan təxminən 33 saniyə sonra Çelyabinsk üzərində 15-20 kilometr yüksəklikdə hava axını ilə toqquşma nəticəsində kiçik asteroidlərə parçalanmışdı. Parçalanma nəticəsində güclü partlayış baş vermiş, böyük enerji kütləsi ayrılmışdı. Daha sonra Çelyabinsk boyunca səpələnən asteroid parçaları zəlzələyə də səbəb olmuşdu. (xaricimedia.com)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb