Azərbaycanlılar Türkiyədən ev alışını artırdılar

21:15 | 15.08.2018
Azərbaycanlılar Türkiyədən ev alışını artırdılar

Azərbaycanlılar Türkiyədən ev alışını artırdılar

İyul ayında Türkiyədə daşınmaz əmlak alanların sayı 65,6 faiz artaraq, 2 858 mənzil təşkil edib. 

Oxu.Az Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir ki, qonşu dövlətdən ev alanlar şəhər seçimində üstünlüyü İstanbula veriblər.

Bu şəhərdən 965 mənzil alınıb. İkinci sırada Antalya və Bursa yer alıb. İyul ayında Türkiyədən mənzil alanların siyahısına İraq vətəndaşları başçlılıq edib. İraqlılar 584 mənzil satın alıblar. 

İran vətəndaşları 321, Səudiyyə Ərəbistan 211, Rusiya Federasiyası 173, Küveyt 171 daşınmaz əmlak alışı reallaşdırıblar.

Azərbaycan vətəndaşları isə Türkiyədən ev alanların siyahısında 14-cü pillədə qərarlaşıblar. Həmyerlilərimiz ötən ay bu ölkədən 73 mənzil alıblar. İlin əvvəlindən həmin rəqəm 487 mənzil təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında azərbaycanlılar Türkiyədən 394 daşınmaz əmlak almışdılar. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM