Bakı-Sumqayıt dəmiryolu üzərindəki evlər sökülür? - FOTOLAR

09:32 | 03.11.2015
Bakı-Sumqayıt dəmiryolu üzərindəki evlər sökülür? - FOTOLAR

Bakı-Sumqayıt dəmiryolu üzərindəki evlər sökülür? - FOTOLAR

Bakı-Sumqayıt qatarının açılışı özü ilə yeni bir problem gətirib. 

Belə ki, illərdir işləməyən dəmir yolunun kənar hissələri ötən 20-25 ildə ayrı-ayrı vətəndaşlar tərəfindən tutulub və evlər tikilib. Bu ev sahibləri içərisində yerli əhali də var, Qarabağdan, Ermənistandan qaçqın düşən həmvətənlərimiz də var.

Son günlər ölkə mətbuatında dəmir yol kənarında inşa edilən evlərin söküləcəyi ilə bağlı söz-söhbət gəzir. ANN.Az-ın əməkdaşı həmin ərazidə olub, amma yerli sakinlər bununla bağlı əlaqədar qurumlardan kimsənin onlara bir söz demədiyini bildiriblər. Sakinlər sadəcə polis əməkdaşlarının ev-ev gəzərək onlardan hər hansı bir qəza olarsa, buna görə məsuliyyəti özləri daşıyacağına dair izahat aldıqlarını və imza verdiklərini deyiblər.

Əlbəttə ki, dəmir yolu kənarında yaşayış massivinin olması vətəndaşların həyatı üçün böyük təhlükədir. Xüsusilə azyaşlı uşaqların dəmir yoluna çıxması böyük faciələrə səbəb ola bilər.

ANN.Az əməkdaşının hazırladığı fotosessiyanı oxuculara təqdim edirik.

Fotoların müəllifi Fərqanə Novruzovadır


 
 



















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM