Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq

12:45 | 16.07.2018
Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq

Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq

Bakı-Sumqayıt yolunun təmir olunan hissəsində rənglənmə işləri aparılacaq.

Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi bu gecə saat 23:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM