BMT Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

23:55 | 12.09.2017
BMT Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

BMT Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

BMT Təhlükəsizlik Şurası KXDR-yə qarşı yeni sanksiyaların tətbiqinə dair qətnamə qəbul edib. Bu, Pxenyanın idxal və ixrac imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

anews.az Report-a istinadən xəbər verir ki, 2375 saylı müvafiq qətnamə Nyu-York vaxtı ilə bazar ertəsi axşam (Bakı vaxtı ilə çərşənbə axşamına keçən gecə) yekdilliklə qəbul edilib.

Sənədə əsasən, Şimali Koreyaya neft məhsulları tədarükünə məhdudiyyət qoyulacaq. Həmçinin KXDR-yə xam neft tədarükünün limiti də müəyyən edilib – həcmlər ötən 12 ayın göstəricilərini üstələməməlidir. Şimali Koreya, o cümlədən kondensat və qazkondensat maye ala, həmçinin toxuculuq məhsulları sata bilməyəcək.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb