"Boeing" 2036-cı ilə qədər Çinə 7 mindən çox sərnişin təyyarəsi satacaq

16:20 | 06.09.2017

"Boeing" 2036-cı ilə qədər Çinə 7 mindən çox sərnişin təyyarəsi satacaq

Şərqi Asiya ölkəsi ümumi dəyəri 1,1 trln. dollar təşkil edəcək 7 240 yeni təyyarəyə ehtiyac duyacaq.

ABŞ-ın təyyəra istehsalçısı - "Boeing" şirkəti Çinin sərnişin təyyarələrinə tələbatı ilə bağlı proqnozunu 6,3% yüksəldib. 

"Report" "İntefax"a istinadən xəbər verir ki, korporasiya bunu Çin iqtisadiyyatının güclənməsi və bu ölkədə orta sinifin artması ilə izah edib. 

"Boeing"in hesablamalarına görə, Şərqi Asiya ölkəsi 2036-cı ilə qədər ümumi dəyəri 1,1 trln. dollar təşkil edəcək 7 240 yeni təyyarəyə ehtiyac duyacaq. İndiyə qədər bu rəqəmin 6 180 olacağı proqnozlaşdırılırdı. 

"Çində davam edən iqtisadi artım, infrastruktura yatırılan böyük investisiyalar, artan orta sinif, habelə inkişaf etməkdə olan aviasiya biznesi bu proqnoza təkan verir",- deyə "Boeing"in məlumatında deyilir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb