Bu şəxslərə 60 min manat veriləcək - VİDEO

13:42 | 13.01.2018
Bu şəxslərə 60 min manat veriləcək - VİDEO

Bu şəxslərə 60 min manat veriləcək - VİDEO

İxracatçılara beynəlxalq sertifikat alması üçün 60 min manata qədər dəstək veriləcək.

Bəzi ölkələrlə sertifikatların qarşılıqlı tanınması haqqında müqavilə imzalansa da, Avropa İttifaqı, Çin və digər iri dövlətlərlə bu müqavilə olmadığından Azərbaycan sertifikatları orada tanınmır.

Beynəlxalq sertifikatın alınmasına dəstək işini İqtisadiyyat Nazirliyinin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirəcəklər. Hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı sahibkarlardan sifarişlərin qəbuluna dair elan veriləcək.

Bununla yanaşı, bu il ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyaları da təşkil ediləcək.

Ötən il "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə dair 10 ixrac missiyası təşkil edilib. Bu il isə bu missiyaların sayı 25 olacaq. /xezerxeber.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb