Buzovna sakinlərinin inancları - FOTOLAR

11:50 | 21.08.2015
İndiki Buzovna qəsəbəsi ərazisində əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olublar. 

Kənddə ən qədim qəbiristanlıq "Hun qəbiristanlığı"dır. Lakin Hun qəbiristanlığında eradan əvvəl III əsrə aid olan qəbirlər, Alban kilsəsi və kəndin girəcəyində mövcud olmuş Buzovna qalası Sovet hakimiyyəti illərində dağıdılıb. 

Buzovnanın tarixi abidələri siyahısına bürc-qala (XV-XVI əsrlər), «Qara paltar piri» (1306-cı il), «Xəlifə Əli və Mühəmməd Mömin türbəsi» (1641-ci il), Seyid Qasım, Şeyx Cavad, Seyid Gülşan pirləri, Yuxarı məscid (XVI əsr), Sahibəz-Zaman məscidi (XVII əsr), Məşədi Qərib məscidi (XIX əsr), məşhur Həzrət Əli (ə) qədəmgahını (Əli Ayağı), Mehdiqulu bəyin evini (XIX əsr), el hamamları (XIX əsr) daxildir. 

Buzovnada dörd el hamamına - "Təhməzov”, "Capayev”, "Hacı Nurəli” və "Məşədi Veysəl” daxildir. Təəssüflər olsun ki, hazırda bu hamamların heç biri işləmir. Buzovnada yerləşən "Həzrəti Əli Qədəmgahı" ziyarətgahına isə təkcə Azərbaycandan deyil, dünyanın müxtəlif ölkələrindən də gəlirlər.

ANN.Az-ın fotomüxbiri bu günlərdə Buzovna qəsəbəsində olub və burada yaşayanların inanc yerlərindən bəhs edən fotosessiya hazırlayıb. Həmin şəkilləri oxuculara təqdim edirik:

Fotoların müəllifi Fərqanə Novruzovadır

 
 


































www.ann.az

Xəbər lenti