Cəbhədə gərginlik SƏNGİMİR: Düşmən yaşayış evlərini atəşə tutdu – FOTO

08:03 | 15.01.2018
Cəbhədə gərginlik SƏNGİMİR: Düşmən yaşayış evlərini atəşə tutdu – FOTO

Cəbhədə gərginlik SƏNGİMİR: Düşmən yaşayış evlərini atəşə tutdu – FOTO

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın təmas xəttinə yaxın ərazidə yerləşən kəndini atəşə tutub.

 Report-un Qarabağ bürosu xəbər verir ki, düşmən atəşinə rayonun işğal altında olan Şıxlar və Orta Qərvənd kəndləri ilə üzbəüz mövqedə yerləşən Mirəşelli kəndi məruz qalıb.

Yüngül atıcı silahlardan atılan güllələr fərdi yaşayış evlərinə və texnikaya dəyib.

Kənd icra nümayəndəsi Məhərrəm Quliyevin verdiyi məlumata görə, bir neçə evin dam örtüyü ilə bərabər, kənd sakini Elman Məmmədova məxsus traktora da ziyan dəyib.

Qarşı tərəf Azərbaycan Ordusunun cavab atəşindən sonra susdurulub. Hazırda cəbhə kəndində nisbi sakitlikdir.
 








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb