Ərdoğan və Merkel Suriyanı müzakirə edəcək

20:14 | 19.09.2018
Ərdoğan və Merkel Suriyanı müzakirə edəcək

Ərdoğan və Merkel Suriyanı müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank-Valter Ştaynmayerin dəvəti ilə Almaniyaya rəsmi səfər edəcək.

Oxu.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, səfər bu ayın 28-29 sentyabr tarixlərində gerçəkləşdiriləcək.

Ərdoğan Almaniya prezidenti ilə yanaşı, kansler Angela Merkellə də görüşəcək. Liderlər naharda və ikitərəfli görüşdə bir araya gələcəklər.

Görüşdə daha çox Suriya, terrorçuluqla mübarizə, Almaniyada qaçıb gizlənən FETÖ-çülərin ekstradisiyası məsələləri müzakirə olunacaq.

Ərdoğan Köln şəhərində məscidin açılışında iştirak edəcək. Məscidin memarı almaniyalı Paul Böhmdür.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM