Ərəb jurnalisti konsulluqda kim doğrayıb? — SENSASİON FAKTLAR

13:00 | 18.10.2018
Ərəb jurnalisti konsulluqda kim doğrayıb? — SENSASİON FAKTLAR

Ərəb jurnalisti konsulluqda kim doğrayıb? — SENSASİON FAKTLAR

ABŞ-ın "New York Times” qəzeti Camal Kaşıkçı sui-qəsdi ilə bağlı yeni məqalə yayımlayıb.

Məqaləyə əsasən, jurnalisti sui-qəsd dəstəsi qətlə yetirib və onların lideri Maher Əbdüləziz Mutrebin İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğuna giriş etdiyi görüntülər üzə çıxıb.

Fotolara əsasən, Mutreb jurnalistin itkin düşdüyü gün saat 09:55 radələrində konsulluq binasına daxil olur. Arxasında isə sui-qəsd komandası var. Saat 16:53-də binadan ayrılır. 17:15 radələrində konsulluq yaxınlığındakı bir oteldən böyük bir çanta ilə çıxır. Amma oteldə 4 günlük otaq kirayəyə götürdüyü məlum olub. Saat 17:58 radələrində isə Murteb hava limanındadır.

Səudiyyə şahzadəsini bəzi səfərlərdə müşayət edən Murteb 47 yaşlı kəşfiyyat polkovnikidir.
"New York Times” qəzeti qeyd edir ki, baş konsulun otağına dəvət edilən jurnalist döyülüb və işgəncə edilib. Onun barmaqları kəsilib. Barmaqları kəsilmədən əvvəl Kaşıkçının öldürülüb-öldürülmədiyi bilinmir. Hadisə zamanı baş konsul da otaqda olub. Konsul onlara "Bunu çöldə edin, məni problemə salacaqsınız” deyib. Onlar isə "Əgər Ərəbistana gələndə yaşamaq istəyirsənsə, çənəni bağla” cavabını verib.

Mənbənin məlumatına görə Kaşıkçının başını kəsərək öldürüblər. Bunu isə həkim edib. Həkim bu işi görəndə digərlərinə musiqi dinləməyi tövsiyə edib: "Mən belə işlər görəndə gərginliyi azaltmaq üçün musiqi dinləyirəm”./olke.az
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb