Çexiya hökuməti istefaya göndərildi

22:18 | 17.01.2018
Çexiya hökuməti istefaya göndərildi

Çexiya hökuməti istefaya göndərildi

Çexiya baş naziri və milyarder Andrey Babiş çərşənbə günü hökumət toplantısından sonra keçirdikləri mətbuat konfransında nazirlər kabinetinin buraxıldığını elan edib.

Bu barədə Oxu.Az "RİA Novosti”yə istinadən xəbər verir.

Çərşənbə axşamı Çexiya parlamentində keçirilən etimad səsverməsində deputatların böyük əksəriyyəti cari hökuməti dəstəkləməyib. Hökumətin nüfuzuna Babişə qarşı hüquq-mühafizə orqanlarının apardığı istintaq təsir göstərib. Babiş qanunsuz yolla şirkətlərindən biri üçün Avropa İttifaqından iki milyon avro məbləğində subsidiya almaqda şübhəli bilinir.

"Hökumət istefa vermək qərarına gəlib, bu barədə müvafiq sənədi prezidentə (Miloş Zemana) şəxsən Praqa qəsrində (Prezident iqamətgahı - red.) təqdim edəcəyəm, ondan görüş üçün vaxt ayırmağını xahiş edəcəyəm”, – deyə Babiş bildirib.

Bundan əvvəl prezident Zeman oktyabr seçkilərində qalib gələn "ANO” hərəkatının lideri olaraq Babişə yeni hökumət qurması üçün ikinci şans verəcəyini bildirmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb