"Gündə mütləq 5 dəfə namaz qılıram" - Ramil Şeydayev

19:30 | 15.03.2019
Bu gün "Krılya Sovetov" klubunun hücumçusu Ramil Şeydayevin doğum günüdür.

Anews.az qol.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçunun 23 yaşı tamam olur. Bu münasibətlə Samara təmsilçisinin rəsmi "Yutub" kanalı azərbaycanlı futbolçuya bir neçə sual ünvanlayıb. Müsahibənin maraqlı hissələrini təqdim edirik:

- Sonuncu dəfə kimə zəng vurmusunuz?
- Valideynlərimə, daha dəqiq desəm, atama. Hər oyundan sonra mütləq ailəmlə əlaqə saxlayıram. Çünki evdə 2 balaca bacım var. Onlarla da danışıram, məktəbdə, baxçadakı vəziyyətləri ilə maraqlanıram.

- "Votsap"da son mesajınız hansı olub?
- "Votsap"da son olaraq, dostlarımla "Yuventus" - "Atletiko" oyununu müzakirə etmişik. Ronaldu, sadəcə, möhtəşəmdir, qol maşınıdır.

- Hansı musiqiləri bəyənirsiniz?
- Axır vaxtlar musiqi dinləmirəm. Son dəfə musiqiyə 2017-ci ildə qulaq asmışam. Ümumiyyətlə, musiqiyə az-az qulaq asıram.

- Futbolu seçməsəydiniz...
- Futbolu seçməsəydim, bilmirəm, taleyim necə olardı. Amma boksdan xoşum gəlir. Özümü bu idman növündə, yaxud da basketbolda sınayardım.

- Sonuncu dəfə zəngli saatı neçəyə qurmusunuz?
- Zəngli saat mənə çox tez-tez lazım olur. Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram. Bundan sonra isə yatıram. Ümumiyyətlə, gündə mütləq 5 dəfə namaz qılıram.

www.anews.az
loading...