Seçki hüququnun pozuntusundan şikayət edən 2 şəxsə təzminat ödəniləcək- AİHM

10:01 | 26.04.2024
Seçki hüququnun pozuntusundan şikayət edən 2 şəxsə təzminat ödəniləcək- AİHM

Seçki hüququnun pozuntusundan şikayət edən 2 şəxsə təzminat ödəniləcək- AİHM

Azərbaycan hökuməti 2020-ci il parlament seçkilərində namizəd olmuş 2 şəxsə 16 min 868 manat pul ödəyəcək. Bu barədə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 25-i göndərilmiş qərardadını elanında qeyd olunub. 
 
Bildirilib ki, Qorxmaz İbrahimli Azərbaycana qarşı, Rəfail Zeynalzadə Azərbaycana qarşı - işləri üzrə hər iki AİHM qarşısında seçki hüququnun pozuntusunu mübahisələndirib. 
 
Onlar 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində namizəd kimi iştirak edib. 
 
"Onlar yerli seçki komissiyalarında və məhkəmələrdə iddia etdikləri müxtəlif seçki pozuntularına effektiv baxılmamasından, bunun onların seçki və effektiv müdafiə vasitələrinə malik olmaq hüquqlarını pozmasından şikayət etmişdilər. Hər iki ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar.
Məhkəmənin qərardadına görə, hökumət İbrahimli Azərbaycana qarşı işində ərizəçiyə 4500 avro (8206 manat)  məbləğində maddi və mənəvi zərər əvəzi ödəyəcək. Zeynalzadə Azərbaycana qarşı işində isə ərizəçiyə 4750 avro (8662 manat) məbləğində maddi və mənəvi, xərc və məsrəf əvəzi ödənilməlidir", - qərardadda bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM