İsrailin baş naziri Qüdsdə dindirildi

21:17 | 15.12.2017
İsrailin baş naziri Qüdsdə dindirildi

İsrailin baş naziri Qüdsdə dindirildi

İsrail baş naziri Binyamin Netanyahu ötən gün axşam saatlarında Qüdsdə yeddinci dəfə ifadə verib. 

AzVision.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bundan əvvəl yayılan məlumatda isə baş nazirin həyat yoldaşı Sara Netanyahunun da polis tərəfindən dindirildiyi qeyd olunurdu. 

Xatırladaq ki, İsrailin baş naziri biznesmenlərdən bahalı hədiyyələr almaqda və ölkədə ən böyük nəşrlərdən birində hökumətin işini pozitiv formada işıqlandırmaq barədə razılıq cəhdində şübhəli bilinir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM