KXDR-in xarici işlər naziri Trampı təhqir etdi

15:20 | 21.09.2017
KXDR-in xarici işlər naziri Trampı təhqir etdi

KXDR-in xarici işlər naziri Trampı təhqir etdi

Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların KXDR-i məhv etməyə hazır olması barədə hədələrini it hürüşünə bənzədib.

anews.az Report-a istinadən xəbər verir ki, nazir "Əgər o hesab edirsə ki, bizi it hürüşü ilə qorxuda bilər, onda bu, it yuxusudur”, - deyə bildirib.

O, bununla "İt hürər, karvan keçər” məsəlinə işarə edib. Qeyd edək ki, Koreya dilində "it yuxusu" absurd və cəfəngiyat anlamını verir.

Nazir həmçinin Trampın Şimali Koreya lideri Kim Çen Inı "raket insan” adlandırmasını da şərh edib. "Onun köməkçilərinə yazığım gəlir”, - deyə nazir bildirib.

Tramp bir müddət əvvəl bildirib ki, müttəfiqlərini müdafiə etmək üçün onun Şimali Koreyanı məhv etməkdən başqa çıxış yolu qalmayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb