Nikol Paşinyan istefa verməyə hazırlaşır

19:35 | 16.06.2018
Nikol Paşinyan  istefa verməyə hazırlaşır

Nikol Paşinyan istefa verməyə hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan seçkilərlə bağlı qanun qəbul edildikdən sonra istefa verməyə hazırlaşır.
 
Onun istefas növbədənkənar parlament seçkilərini sürətləndirəcək. Bu barədə Ermənistanın "Jamanak” qəzeti məlumat yayıb.
 

Seçkilərlə bağlı yeni qanun bu günlərdə parlamentə təqdim ediləcək. Səsvermə isə 15 iyul tarixində keçiriləcək.

"Qanunun qəbulundan sonra Paşinyan istefa verəcək”, - deyə qəzet yazır.

Ermənistanın baş nazirinin məqsədi parlament franksiyalarının hökumət başçısı postuna namizəd irəli sürməmələrinə nail olmaqdır.

Əgər iki dəfə baş nazir postuna namizəd olmasa, parlament avtomatik olaraq özünü burxacaq. Bundan sonra isə sentyabr ayının sonunda yeni parlament seçkiləri keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb