Nikol Paşinyan növbəti dəfə Sarkisyanla görüşüb

12:24 | 29.04.2018
Nikol Paşinyan növbəti dəfə Sarkisyanla görüşüb

Nikol Paşinyan növbəti dəfə Sarkisyanla görüşüb

Ermənistanda keçirilən aksiyaların lideri Nikol Paşinyan prezident Armen Sarkisyanla daxili vəziyyətin müzakirə olunduğu növbəti görüş barədə məlumat verib.
Anews.az xəbər verir ki, bu barədə Paşinyan "Facebook" hesabında canlı yayımda məlumat verib.
"Ermənistan Prezidenti Armen Sarkisyanla görüş keçirdim. Daxili siyasi vəziyyətin son inkişafını və problemlərin həlli yollarını müzakirə etdik”, -deyə Paşinyan qeyd edib.

O, həmçinin aksiyaçılar üçün günün fəaliyyət planını da elan edib. Paşinyan xalqın saat 17:00-da Fransa meydanında, 19:00-da isə Respublika meydanında toplaşmasını istəyib. (olke.az)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM