Sertifikasiya Mərkəzi ilə bağlı yeni xəbər

17:00 | 25.05.2018
Sertifikasiya Xidmətləri Mərkəzinin əsas və ehtiyat texniki infrastrukturunun yaradılması üzrə işlər başa çatıb.

Trend-in məlumatına görə, bunu "Elektron eyniləşdirmə və etibarlı xidmətlər: cari vəziyyət və inkişaf perspektivləri” adlı seminarda çıxışı zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, Texnologiya və İnformasiya Cəmiyyətinin İnkişafı Şöbəsinin direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, tikilən mərkəzlər sertifikatların buraxılması üçün hazır vəziyyətə gətirilib:

"Ölkədə yeni şəxsiyyət vəsiqələrinə keçid üzrə işlər beynəlxalq təcrübə nəzərə alınmaqla artıq bir neçə ildir ki, aparılır. Vəsiqələrin daşıyıcılarına e-imza və eyniləşdirmə sertifikatları daxil ediləcək. Eyniləşdirmə funksiyaları ilə yanaşı, şəxsiyyət vəsiqələrini elektron imzaların təsdiqi üçün istifadə etmək mümkün olacaq”.

www.anews.az