Tramp türk liderlə görüşdü

Dünya 17-05-2018 19:14
Tramp türk liderlə görüşdü
Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan prezidentinin mətbuat xidməti yayıb. Görüş zamanı tərəflər arasında 4,8 milyard dollarlıq müqavilə imzalanıb. Tərəflər bundan sonra da iqtisadi əməkdaşlığın və ticarətin gücləndirilməsiylə bağlı razılıq əldə ediblər. Xüsusilə, əməkdaşlığın kənd təsərrüfatı, energetika, kimya, maliyyə, turizm, tekstil sənayesi, səhiyyə sahəsində inkişaf etdirilməsi istənilib.

Mirziyayev görüş zamanı Əfqanıstan məsələsində ABŞ-a bundan sonra da dəstək verəcəyini deyib.

Qeyd edək ki, Mirziyayevin səfərindən öncə onun ABŞ-la 8,5 milyard dollarlıq layihələr imzalayacağı bildirilirdi.

www.anews.az