Vasif Talıbov ailəsi ilə birlikdə yeni il şənliyində iştirak edib - FOTO

18:20 | 01.01.2018
Vasif Talıbov ailəsi ilə birlikdə yeni il şənliyində iştirak edib - FOTO

Vasif Talıbov ailəsi ilə birlikdə yeni il şənliyində iştirak edib - FOTO

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi ideyası bu gün milyonlarla soydaşımızı birləşdirən dövlətçilik, vətənçilik amalına çevrilib. Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdən biri də milli birlik və həmrəyliyimizdir. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və yüksək rifah isə xalqımızın birlik və həmrəyliyini daha da möhkəmləndirir, quruculuq, abadlıq işlərinin həcmi ilbəil artır. Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər 2018-ci ildə də inkişafın davamlı olacağına, quruculuq işlərinin geniş vüsət alacağına əminlik yaradır.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, dekabrın 31-də axşam saatlarından başlayaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda bayram şənliyi təşkil olunub, Vətənimizi, həmrəyliyi, yeni ili tərənnüm edən mahnılar səslənib, sakinlərə iaşə xidməti göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb. Dövlət başçısı deyib: "Qarşımızda duran bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır. Biz bu istiqamətdə də bu il çox fəal işləmişik. 2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Bu, ilk növbədə, onu göstərir ki, ölkəmizdə aparılan çox ciddi islahatlar gözəl nəticələr verir. Bu il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artmışdır... Bir sözlə, 2017-ci il ölkəmiz üçün uğurlu olub, əminəm ki, gələn il də uğurlu olacaqdır".


Yeni ilin ilk dəqiqələrində Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb