Xəstə etiraz etsə də, həkimlər ayağını kəsdi

09:18 | 15.12.2018
Xəstə etiraz etsə də, həkimlər ayağını kəsdi

Xəstə etiraz etsə də, həkimlər ayağını kəsdi

Böyük Britaniyada məhkəmə pasiyentin razılığının olmamasına rəğmən, onun xəstə ayağının amputasiya edilməsinə icazə verib.

Oxu.Az xəbər verir ki, bu haqda "Lenta.ru” məlumat yayıb.

Həmin şəxs ayağında qanqrena (çürümə) prosesi getsə də, amputasiya əməliyyatına razılaşmayıb. Britaniya qanunvericiliyi pasiyentin etiraz etdiyi təqdirdə, ona tibbi yardım göstərilməsini qadağan etdiyindən, həkimlər müalicəni davam etdirə bilməyib.

Pasiyentin halına yanan xəstəxana rəhbərliyi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İşi araşdıran hakim xəstənin koqnitiv bacarıqlarının lazımı səviyyədə olmadığını və ona görə də zəruri müdaxilə ilə bağlı müstəqil qərar vermək iqtidarında olmadığını əsas gətirərək həkimlərin həmin şəxsin xəstə ayağını amputasiya etməsinə icazə verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM