1 milyon adam qaçacaq - Mosulu çətin günlər gözləyir

22:51 | 16.10.2016
1 milyon adam qaçacaq - Mosulu çətin günlər gözləyir

1 milyon adam qaçacaq - Mosulu çətin günlər gözləyir

İraq şəhəri Mosulun azad edilməsi üçün başladılan əməliyyata görə həmin əraziləri 1 milyon insan tərk etməli olacaq.

"Qafqazinfo” Russian RT-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin İraq şöbəsinin nümayəndəsi Sara əl-Zavkari bildirib:

"İraqdakı humanitar vəziyyət olduqca gərgindir. Artıq yüzlərlə vətəndaş ölkədən gedir, bu rəqəm 1 milyona çatacaq və hətta ötəcək”.

Daha əvvəl yayılan məlumata görə isə Qırmızı Xaç Komitəsi Mosulun 300 min sakininə yardım göndərəcək.

Xatırladaq ki, sözügedən əməliyyat Mosulun İŞİD-dən azad olunması üçün keçirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM