100 terrorçu öldürüldü

20:47 | 24.11.2014
100 terrorçu öldürüldü

100 terrorçu öldürüldü

Kamerun ordusu ölkənin şimalında fəallığı ilə seçilən Boko Haram terror qruplaşmasının qərargahına hücum edib. ANN.Az dünya mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 100 terrorçunun öldürüldüyü deyilir.

Kamerun ordusunun hücumda iştirak edən yüksək rütbəli şəxsi deyib ki, terrorçuların yerinin təsbit edilməsində onların təcavüzünə məruz qalan yerli camaat köməklik göstərib.Bu arada Nigeriyanın şimal-qərbindəki Borno əyalətində Boko Haram qruplarının Çad sərhəddindəki balıqçı qəsəbəsi Doron Bağaya hücum etdiyi deyilir.Şahidlərin verdiyi ifadələrə görə, terrorçuların hücumu nəticəsində çox sayda qəsəbə sakini öldürülüb, bəzi adamlar isə canlarını güclə qurtara biliblər.Artıq ölkə rəsmiləri də balıqçı qəsəbəsinə terrorçuların hücum etdiyini və nəticədə 52 nəfərin öldürüldüyünü təsdiqləyib.ANN.Az  

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb