13-cü bürc üzə çıxdı - NASA AÇIQLADI

00:47 | 08.09.2016
13-cü bürc üzə çıxdı - NASA AÇIQLADI

13-cü bürc üzə çıxdı - NASA AÇIQLADI

Yer kürəsinin orbitində hər il meydana gələn sürüşmələr nəticəsində ulduzların mövqeyini dəyişdiyi bildirilir

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsinin orbitində hər il meydana gələn sürüşmələr nəticəsində ulduzların mövqeyinin dəyişdiyini açıqlayıb. Sputnik Trt-yə istinadən xəbər verir ki, NASA bu vəziyyətin bürclərin tarixlərinin də dəyişdiyi mənasına gəldiyini bildirir. 

Yaşayış üçün Yer qədər əlverişli planet tapıldı Açıqlamada indiki göy üzünün antik zamanlardakından çox fərqli olduğu, Günəşin 12 bürcü təşkil edən ulduzların üzərində yerləşdiyi zamanının da buna görə dəyişdiyi bildirilir. NASA-nın internet saytında, bürclər ilk dəfə olaraq Babillər tərəfindən istifadə edilməyə başlandığında 23 iyun-22 avqust arasında anadan olanların Şir bürcü olduğu, lakin bu tarix aralığının artıq Xərçəng bürcünə aid olduğu irəli sürülür. Bunun səbəbi isə Yür kürəsinin orbitinin keçdiyi Şimal Qütbünün eyni istiqamətdə olmaması və nəticədə 3 min ildən sonra göy üzünün əvvəlkindən fərqli olmasıdır. Digər tərəfdən, astrologiyada 12 deyil, 13 bürcün olduğu qənaəti də getdikcə güclənir. NASA da qədim Babil mənbələrində 13-cü bürc olan Ophiuchus, yəni İlan bürcünə yer verildiyinə toxunur. Lakin Babillərin bilinməyən bir səbəblə Günəşin 30 noyabr — 17 dekabr tarixində üzərində olduğu İlan bürcünü bir kənara qoyduğu məlum olur. 

Yeni bürc təqvimi aşağıdakı kimidir: 

Oğlaq: 20 yanvar — 16 fevral Dolça: 16 fevral-11 mart Balıq: 11 Mart — 18 Aprel Qoç: 18 aprel — 13 may Buğa: 13 may-21 iyun Əkizlər: 21 iyun-20 iyul Xərçəng: 20 iyul-10 avqust Şir: 10 avqust-16 sentyabr Qız: 16 sentyabr-30 oktyabr Tərəzi: 30 oktyabr-23 noyabr Əqrəb: 23 noyabr-29 noyabr İlan: 29 noyabr-17 dekabr Oxatan: 17 dekabr-20 yanvar. (sputnik)



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb