15 İŞİD üzvü öldürüldü

14:00 | 22.06.2014
15 İŞİD üzvü öldürüldü

15 İŞİD üzvü öldürüldü

İraqın Diyala vilayətində orduya bağlı qüvvələrlə İŞİD arasında qarşıdurma olub.

ANS PRESS-in məlumatına görə, İraqın Diyala vilayətində orduya bağlı qüvvələrlə İraq Şam İslam Dövləti (İŞİD) silahlıları arasında baş verən qarşıdurma nəticəsində 15 nəfər İŞİD üzvü öldürülüb. Bu barədə Diyala polis təşkilatı komandiri general Cəmil əş-Şəmri bildirib.

Yerli mənbələrdə isə İraq ordusu və İŞİD arasında baş verən qarşıdurmalarda bir əsgər öldüyü, çox sayda polis və əsgərin yaralandığı deyilir.

Qeyd edək ki, İraqda bir müddətdir qarşıdurmaların yaranmasına səbəb olan İŞİD silahlıları bir neçə şəhərdə vacib məntəqələri ələ keçiriblər.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb