18 yaşlı qız acından ayağa qalxa bilmədi

16:00 | 03.07.2017
18 yaşlı qız acından ayağa qalxa bilmədi

18 yaşlı qız acından ayağa qalxa bilmədi

Nərimanov parkında qalan kimsəsiz gənc qız vətəndaşların diqqətini çəkib. 


Unikal.org xəbər verir ki, vətəndaşlar günlərdir parkda oturan qızın vəziyyətinin pis olduğunu görüb ona yaxınlaşıblar. Məlum olub ki, 18 yaşlı qız acından ayağa qalxa bilmir. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, Nərimanov parkında gecələyir.


Sosial şəbəkədə gənc qız haqqında məlumat verən şəxs bunları bildirib.


"Bu qızı son 3-4 gündü Nərimanov parkında görürəm, bu gün yaxınlaşıb bir az söhbət etdim, acından skamyadan dura bilmirdi. Dedim gedək kafeyə, sənə yemək alım. Mənə yeriməyə halı olmadığını bildirdi. Dönər, kola alıb verdim. Sözlərinə görə, kimsəsiz uşaqlar evində böyüyüb. 18 yaşı olduğu üçün qanuna görə oradan çıxarıblar. Bir müddət kirayə qalıb, pulu verə bilmədiyi üçün 7-8 gündü evdən çıxıb, parklarda qalır".




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM