Çexiya Rusiyadakı səfirini geri çağırıb

16:37 | 05.05.2024
Çexiya Rusiyadakı səfirini geri çağırıb

Çexiya Rusiyadakı səfirini geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb.Bu barədə "CTK” agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
 
Nazirlik agentliyin müvafiq sualını cavablandıraraq bildirib ki, Pivonka mayın sonunda səfir postunu tərk edəcək.
 
Çexiyanın xarici işlər naziri Yan Lipavski bundan əvvəl Moskvada görülən işlərə görə ona minnətdarlığını bildirmişdi.
 
Pivonka Praqaya getdikdən sonra Çexiyanın Rusiya Federasiyasındakı səfirliyinə faktiki olaraq müvəqqəti işlər vəkili Yan Ondrjeyka rəhbərlik edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb