20 günə 11 itki verdik - Sərkisyana etiraz

14:42 | 19.05.2017
20 günə 11 itki verdik - Sərkisyana etiraz

20 günə 11 itki verdik - Sərkisyana etiraz

Ermənistan Prezidenti Serj Sərkisyanın orduya yeni əsgərlərin çağırılması ilə bağlı imzaladığı fərman erməni cəmiyyətində narazılıq yaradıb.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, erməni hüquq müdafiəçisi Ruben Martirosyan Sərkisyanın cavab verməli olduğunu deyib:

"Əgər Serj Sərkisyan çğaırış haqda fərman imzalayırsa, paralel olaraq itkilər haqda cavab verməlidir. Çünki aprelin 20-dən mayın 14-nə qədər orduda 11 əsgər ölüb.

Onun sözlərinə görə, əsas günahkar Sərkisyan və mövcud sistemdir:

"Bu sistemə prokurorluq, istintaq idarəsi, hərbi polis daxildir. Hansı ki, onlar orduda qətllərin qarşısını almaq üçün yaradılıb, lakin bunun əksini edirlər. Ordu tamamilə korlanıb və uçuruma düşüb. Bizim hərbi hissələrdə nizamnamə yerinə "oğru” qanunları işləyir. Əsgərlər döyuülür, zorla "sındırılır”. Sarkisyan da ordudakı biabırçı vəziyyəti bilir, lakin görünür, heç nə etmirlər”.

Hüquq müdafiəçisi qeyd edib ki, belə davam edərsə, orduya əsgər aparmağa adam tapılmayacaq.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM