20 milyard dolların sahibi tapıldı - FOTO

10:41 | 19.12.2013
20 milyard dolların sahibi tapıldı - FOTO

20 milyard dolların sahibi tapıldı - FOTO

Rusiyanın paytaxtı Moskvanın “Şeremetyevo” hava limanı “Karqo” bölümündə 2007-ci ildən bəri saxlanılan 20 milyard dolların sahibinin adı bəlli olub. ANS PRESS-in “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bu iranlı milyarder Pərviz Nəcəfəbadi Farahani imiş. Farahani bildirib ki, saxlanılan pulları götürmək üçün o, Moskvaya qorxusundan gəlməyib.Artıq bununla bağlı Moskvaya gələn pul sahibi vəkillərlə görüşüb. Araşdırmalar nəticəsində məlum olub ki, həmin pullar Almaniyanın Frankfurt şəhərindən İrana göndərilib. Moskva isə sadəcə tranzit şəhəri kimi seçilib. Farahaninin sözlərinə görə, saxta sənədlərlə pulun İrana göndərilməsi əməliyyatını ona yaxın olan Fərzin Motlaq həyata keçirmək istəyib. Pul sahibinin Moskvadakı vəkilləri isə vurğulayıblar ki, pulun bir hissəsi Rusiyaya ödənilmək şərtilə Yeni ilə qədər geri qaytarıla bilər.Bu hadisə ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin bank sisteminin nümayəndələri Farahaninin çox varlı iranlı olduğunu deyiblər. Onlar qeyd ediblər ki, onun BƏƏ-də də şəxsi biznesi var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM