Qəfil sual: "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" fikri ilə razısınızmı? - ANN.TV

10:30 | 10.04.2015
Qəfil sual:

Qəfil sual: "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" fikri ilə razısınızmı? - ANN.TV

Gedirəm ay ellər salamat qalın,
Dağlar amanatı, yar amanatı,
Mən ki aparmıram göy yaylaqları
Ellər amanatı, yar amanatı...

Atalarımız nə üçün belə bir məsəl işlədib ki, insanlar ölmək üçün, dəfn olunmaq üçün vətəni, amma yaşamaq, gəzmək üçün qürbəti, qərib ölkələri seçməlidir, ya da seçə bilər? Qürbətdə ölmək çoxmu faciəlidir, yoxsa vətən sərhədlərindən kənara çıxmamaq, yad torpaqlara ayaq basmamaq, qərib ölkələrdə insanların necə yaşadığını bilməmək...  

ANN.TV əməkdaşlarının "Qəfil sual" rubrikası çərçivəsində hazırladığı növbəti video-reportaj atalar sözlərimizlə bağlıdır. "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" atalar sözləri ilə bağlı paytaxt sakinləri arasında keçirilən sorğu zamanı maraqlı cavablar eşitmək mümkündür.

Həmin video-reportaja baxa bilərsiniz:

 
Müəlliflər: Aynur Məmmədova
Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM