Xəbər ANı :Yeni iş qrafiki tıxacları azaldacağmı? - ANN.TV

10:21 | 28.07.2015
Xəbər ANı :Yeni iş qrafiki tıxacları azaldacağmı? - ANN.TV

Xəbər ANı :Yeni iş qrafiki tıxacları azaldacağmı? - ANN.TV

Dünyanın əksər iri şəhərlərinin, elə paytaxt Bakının da ən böyük problemlərindən biridir tıxac. İşə, yaxud harasa gedib-gəlmək bəzəriantlan saatlarla vaxt alır ki, bu da insanlarda stres, əsəb yaradır.

Dövlət qurumları dəfələrlə bu problemin aradan qaldırılması üçün plan və təkliflərini irəli sürüblər. Amma praktika göstərir ki, hələ bu variantlar problemin aradan qalxmasına yardım edə bilmir. Buna baxmayaraq, yeni təkliflər ortaya qoyulur.

Yeni təkliflərdən birinin planına əsasən müəssisələrdə iş saatlarına dəyişikliklər ediləcək. Təkliflərə görə, özəl sektorda iş 8:00 və ya 8:30-a qədər başlayacaq. Dövlət müəssisələrində çalışanlar 8:30- 09:30 zaman kəsiyində işə gələcəklər.. Bank və sığorta təşkilatları qapılarını isə saat 10:00-dan açacaq. Bəs görəsən bu qarşıya qoyulan məqsədə çatmağa imkan verəcəkmi?

ANN.TV-nin çəkiliş qrupunun hazırladığı növbəti video-süjet bundan bəhs edir.

Müəlliflər: Babək Mirzəzadə
Rusif Hüseynov

 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb