Sabaha olan hava proqnozu

13:34 | 14.09.2015
Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sabah Bakıda 30 dərəcə isti olacaq. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 26-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.
Tibbi metereoloji proqnoza görə, sentyabrın 15-16-da Abşeron yarımadasında metereoloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bəzi saatlarda havada rütubətliliyin çox olması narahatlıq hissi yarada bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM