2016-cı ildə Çində “3D” printerlərin satış həcmi 2 dəfə artacaq

22:27 | 23.12.2015
2016-cı ildə Çində “3D” printerlərin satış həcmi 2 dəfə artacaq

2016-cı ildə Çində “3D” printerlərin satış həcmi 2 dəfə artacaq

2015-ci ildə Çində 77 min "3D” printer satılıb ki, bu da ötənilki göstəricini 226 faiz üstələyir. "IDC” analitik şirkətinin hesabatına əsasən, 2016-cı ildə adıçəkilən ölkədə belə printerlərin satış həcmi 207 faiz artaraq 160 min qurğu təşkil edəcək.
 
"2016-cı ildə satılmış qurğuların sayına görə Çin birinci yeri tutacaq, amma ABŞ belə qurğuların dəyəri üzrə əvvəlki kimi liderliyini qoruyub saxlayacaq" – "IDC”-nin analitiki Mo Mini belə deyib.
 
"ICTnews” elektron xəbər xidməti "itar-tass.com” resursuna istinadən  xəbər verir ki, Çində hələ ki dəyəri 5 min dollaradək ucuz "3D” printerlər satın almağa üstünlük verirlər. Bu halda ABŞ-da yüksək texnologiyalı modellərə üstünlük verilir.
 
"IDC”-nin hesabatına görə, 2020-ci ilədək Çində "3D” printerlərin satış həcmi il ərzində 440 mini ötəcək. Bu, istehsal obyektlərinin modernləşdirilməsi zərurəti ilə bağlıdır.
 
Hazırda belə printerlər aerokosmik, tibb və avtomobil sahələrində uğurla  tətbiq edilir. "3D” printerlərdən tədricən tikinti, aşpazlıq, həmçinin musiqi alətləri və geyimin istehsalında istifadə edilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb