Sabah bu rayonlarda qaz olmayacaq

21:08 | 25.02.2016
Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Fevralın 26-da saat 10:00-dan 12:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Qusar”, saat 14:00-dan 16:00-dək isə "Xaçmaz” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

ANN.Az SOCAR-a istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Qusar rayonunun və Xaçmaz şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM