Sürücülərə şad xəbər

14:17 | 28.03.2016
Sürücülərə şad xəbər

Sürücülərə şad xəbər

Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsində (Qazaxstan səfirliyinin ətrafı) abadlaşdırma və yaşıllaşdırma tədbirləri həyata keçirilib.

Bu barədə Trend-ə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.

Bildirilir ki, "Azəravtoyol” ASC tərəfindən keçirilən tədbirlər zamanı yol kənarında 750 m2 baxımsız ərazi kənar əşyalardan təmizlənib, vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə piyada səkiləri tikilib və asfaltlanıb, bəzi yerlərdə isə səkilərə 200 m2 bəzək daşı düzülüb.

Yaşıllıq zonalarının yaradılması məqsədi ilə piyada səkilərinin kənarlarında ümumilikdə 60 m uzunluğunda divar tikilib. Divarın 120 m2 sahəsi üzlük daşları ilə üzlənib. Yaşıllıq zonalarına xüsusi kübrə verilmiş torpaq gətirilərək tökülüb və 44 ədəd həmişəyaşıl dekorativ ağac, həmçinin 620 m2 sahəyə qazon otu əkilib.

Görülmüş işlər çərçivəsində sözügedən ərazinin 1300 m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb